Prezidentlik müddəti artırılır — 5 ildən 7 ilə

Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə referendum aktı imzalayıb.
Təklif edilən layihədə bir neçə maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub.
Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.
Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezidentin vaxtından əvvəl vəzifədən getmədikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.
Bundan başqa, birinci vitse-prezidnetin və vitse-prezidentlərin toxunulmazlığı, onların və ailələrinin dövlət tərəfindən təminatı və təhlükəsizliklərinin xüsusi mühafizə xidmətləri tərəfindən təmin edilir.