​Prezidentlə DİN şefi arasındakı münaqişənin səbəbi açıqlandı - Növbəti erməni həyasızlığı...

Erməni nazirin güc yolu ilə dövlət çevrilişi edərək baş nazir olmaq iddiası üzə çıxdı...
 
 
Ukrayna prezidenti Petro Poroşenko ilə daxili işlər naziri Arsen Avakov arasındakı münaqişənin səbəbi məlum olub. 
 
Moderator.az yazır ki, bu haqda Ukrayna Ali Radasının üzvü Anton Geraşenko  “İCTV”telekanalına müsahibəsində məlumat verib.
 
Xalq deputatı həmin konfliktin 2014-cü ilin mayından – P.Poroşenkonun Ukrayna prezidenti seçildiyi ilk günlərdən başladığını bildirib. A.Geraşenkonun sözlərinə görə, prezident və daxili işlər naziri ölkədə sabitliyin təmin olunması məsələsində ortaq məxrəcə gələ bilməyiblər.  Poroşenko hüquq-mühafizə orqanları üzərundəki bütün hakimiyyəti öz əllərində cəmləmək fikrində olub. Lakin A.Avakov və Xalq Cəbhəsi Partiyası buna qarşı çıxış edərək belə idarəçiliyin təhlükəli nəticələrə gətib çıxaracağını bildirib.

 
Xəbərdə o da xatırladılır ki, bu ilin iyun ayında  Ali Radanın “Poroşenko bloku” fraksiyasının üzvü, xalq deputatı Sergey Leşenko erməni əsilli daxili işlər nazirinin  güc yolu ilə dövlət çevrilişinə hazırlaşması və  bu yolla baş nazir olmaq niyyəti haqda məlumat vermişdi.
 
Sultan  Laçın

Загрузка...
Загрузка...