​Prezidentin yeganə nöqsanını açıqlayan BİRİNCİ LEDİ: “21-ci əsr qadınların DÖVRÜ OLACAQ” - FOTO

 
Fransanın birinci xanımı Bricit Makron “Elle” jurnalının fransız versiyasının sentyabr nömrəsinin üz qabığına çəkilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, birinci xanım jurnala geniş müsahibə verib. B.Makron müsahibəsində yeni vəzifəsi və əlbəttə ki, həyat yoldaşı ilə münasibətləri barədə danışıb. O, hesab edir ki, prezidentlə münasibətlərində bircə nöqsan var:
“Emmanuelin yeganə nöqsanı odur ki, o, məndən cavandır... Lakin mən bizim münasibətlərdə qeyri-adi hadisələrin baş verməsinə öyrəşmişəm. Həmişə özümdən soruşuram ki, görəsən, növbəti qəziyyə nə olacaq? Bu da artıq 20 ildir davam edir”.
B.Makronun rəsmi vəzifələrinə gəldikdə, ona əməkhaqqı ödənilməyəcək:
“Mənim cədvəlim rəsmi saytda dərc ediləcək və bununla da Fransa vətəndaşları nə işlə məşğul olduğumu öyrənə biləcəklər. Hər şeyin şəffaf olması vacibdir. Mənim rolum ictimaiyyət üçün faydalı olacaq”.
Bundan sonra birinci xanımı əri ilə əlaqələri barədə daha müfəssəl hekayəni nəql etməyə başlayıb.
“Bizim münasibətlərimiz barədə yazılanları oxuyanda mənə elə gəlir ki, başqa adam haqqında oxuyuram. Bizim hekayəmiz əslində çox sadədir” , - deyə Bricit etiraf edib.
Yeri gəlmişkən qeyd edək ki, Emmanuel və Bricit tanış olanda birincinin 15, ikincinin isə 40 yaşı var idi. Onların münasibətləri üç ildən sonra başlayıb. Onda Bricit artıq birinci həyat yoldaşından boşanmışdı. Birinci xanım ilk həyat yoldaşından ayrılmasını belə izah edib:
“Bunu etməsəydim, ömrüm puç olacaqdı”.
B.Makronun sözlərinə görə, bu ilin aprelində Fransada prezident seçkilərinin ilk turundan sonra həyat yoldaşının qələbə əldə edəcəyinə şübhə ilə yanaşıb:
“Mən heç vaxt inanmırdım ki, bu, baş verəcək. Hesab edirəm ki, hadisələrə yalnız onlar baş verdikdən sonra sevinmək lazımdır”.
Dünya mətbuatının diqqət mərkəzində olan birinci ledi feminizm haqqında səmimi fikirlərini də bölüşüb. Onun qənaətinə görə, dünyada sülhün bərqərar olmasında qadınların rolu az deyil:
“Mənə elə gəlir ki, XXI əsr qadın əsri olacaq. Bu o deməkdir ki, qadınlar dünyaya öz töhflərini verəcəklər”.
Aytən

Загрузка...
Загрузка...