​Prezidentin yaxınlarına qarşı KORRUPSİYA İTTİHAMI

Baxış sayı: 
139

 
 
Ukraynanın hərbi sənaye kompleksində aşkarlanan iri korrupsiyanın izləri prezidentin ətrafına qədər gedib çıxır. Ukraynada son aylarda baş verən siyasi təlatümün səbəblərindən biri də ölkədə tüğyan edən korrupsiyadır. Varlı iş adamı olması ilə əlaqədar gözütox olacağı ümidi ilə prezident Pyotr Poroşenkonu hakimiyyətə gətirən Ukrayna xalqı və onun arxasında duran Qərb indi dərin məyusluq içindədir.
 
 
 
İqtidarının ilk günlərində korrupsiyanın kökünü baltalayacağına söz verən prezident hazırda bunun üçün yaradılan institutları və yetişdirilən kadrları təmizləməklə məşğuldur.
 
Bunun ən böyük örnəklərindən biri də ABŞ-ın maliyyə yardımları ilə yaradılan, qısa adı ilə UMAİ (Ukraynada NABU olaraq tanınır) olaraq bilinən, Ukrayna Milli Antikorrupsiya İdarəsinə qarşı hakimiyyət tərəfindən edilən təzyiqlərdir.
 
Картинки по запросу nabu ukrayna
 
Bu yaxınlarda idarə Ukraynanın hərbi sənaye kompleksində iri rüşvət faktının üstünü açıb.
 
ABŞ-ın “Foreign Policy” jurnalının araşdırmaçı jurnalisti Askold Kruşelnitskinin yazdığına görə, UMAİ dövlətin hərbi sənayesi sahəsində 130 şirkəti birlşdirən konsiosiumla preziddentin yaxın ətrafı arasında cinayət əlaqəsini araşdırır.
 
Özü də bu məsələ ABŞ prezidenti Donald Trampın Ukraynaya letal, yəni öldürücü silahların satışına icazə verən müvafiq qərarı ərəfəsində ortaya çxıb.
 
“Ukrayna Qərbin hərbi texnikasının aldığı bir vaxtda onun öz müdafiə sahəsi korrupsiyanın içində batır”, məqalədə qeyd olunub.
 
2017-ci ildə UMAİ tərəfindən edilən məruzədə “Ukroboronprom”da çalışan bəzi rəsmi şəxslərin İraq Müdafiə nazirliyinin sifarişi ilə “An-32” təyyarəsi üçün ehtiyat hissələrinə görə verilən 39 milyon dolları itib batırdığı qeyd olunur.
 
Müəllif “Ukroboronprom”un silah bazarında özünə yer tutmaq niyyətlərinə rəğmən məhz bu qür korrupsiya nümunələrinə görə Qərbdə olduqca pis ad çıxardığını bildirir.
Картинки по запросу ukroboronprom
 
Sənədlə tanış olan jurnalist antikorrpsiya idarəsinin “Ukroboronprom”un ixracat bölməsi sayılan “Ukrspetseksport” şirkətinin iki meneceri və bir Hindistan vətəndaşı ilə bağlı təhqiqat apardığını bildirir. Həmin sənədlər göstərilən şəxslərin 6 milyon dolları Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Paramount General Trading” şirkətinin hesabına köçürdükləri məlum olub. Əvvəl güman olunub ki, BƏƏ şirkəti həmin ehtiyat hissələrini alırmış. Lakin təhqiqatın gedişində şirkətin bank hesablarının “Ukrspetseksport”un əməkaşları tərəfindən cinayət yolu ilə əldə edilən pulların yuyulması üçn istifadə etdiyi ortaya çıxarılıb.
 
Bundan başqa Antikorrupsiya İdarəsinin detektivləri “Paramount General Trading” hesabındakı pulların müxtəlif şirkətlərin bank hesablarına dağıdıldığını aşkar edib. Məsələn, 140 min dollar “Ukrspetseksport”un menecerlərindən birinin qızına aid “Aragon International Petroleum” şirkətinin “Wells Fargo” bankında yerləşən hesaba köçürülüb.
 
Картинки по запросу
 
“Ukroboronprom”un nümayəndəsi Roksalana Şeyko konsernin məruz qaldığı korrupsiya ittihamlarını Kremlin hibrid müharibəsinin tərkib hissəsi olaraq qələmə verib. Hər halda xanım Şeyko İraqa ehtiyat hissələrinin verilməsi ilə bağlı müqavilənin polis və prokurorluq orqanları tərəfindən araşdırıldığını etiraf etməli olub.
 
Pyotr Poroşenkonun administrasiyasının da bu cür ittihamların yayılmasının Ukraynaya qaşrı aparılan böhtan kampaniyası olaraq dəyərləndirməsi diqqət çəkib.
 
Lakin UMAİ-nin direktoru Artyom Sıtnik öz növbəsində rəhbərlik etdiyi qurumun hərbi müdafiə sənayedidəki bir çox korrupsiya əməllərini araşdırmaqda davam etidiyni bildirib.
Картинки по запросу Artyom Sıtnik
 
Bütün bunlar isə prezident və onu komandasının əl-ayağa düşməsinə səbəb olub. Məsələ burasındadır ki, məhz Ukrayna prezidenti iş həyatındakı partnyoru olmuş iki şəxsi “Ukroboronprom”da əsas vəzifələrə gətirib.
 
Bütün bunlar Poroşenkonun onsuz da təmiz olmayan reputasiyasını daha da zədələyir.(musavat.com)

Загрузка...
Загрузка...