Prezidentin mətbuat katibinin qırmızı şalvarı başına bəla oldu - FOTO

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qırmızı şalvarı başına bəla olub.
Turaninfo.az Cebhe.info-ya istinadən  xəbər verir ki, bu dəfə mətbuat katibinin qırmızı şalvarlı fotosunu təsadüfən onunla avtoyuyucuda rastlaşan şəxs yox, öz arvadı Tatyana Navka öz Instagram səhifəsində paylaşıb.
Görünür, prezidentin mətbuat katibinin bir müddət əvvəl sosial şəbəkədə paylaşılan və müzakirələrə səbəb olan şalvarı ilə bağlı məsələyə onun xanımı belə reaksiya verib.
Qeyd edək ki, ilk qırmızı şalvarlı foto yayıldıqdan bir neçə saat sonra internetdən silinsə də, Peskov fevrala ayında baş verən bu hadisəyə görə mart ayında jurnalistlərin suallarını cavablandırıb.
Qırmızı şalvar geyinməsini adı qəbul edən prezidentin mətbuat katibinin xanımı növbəti fotonu sosial şəbəkədə paylaşmaqla məsələyə nöqtə qoymağa çalışıb.
Qeyd edək ki, Peskov və Navka 2015-ci ilin yayında evləniblər. Onların Nadejda adlı qızları var. Peskovun ilk nikahından 3 övladı, Navkanın isə birinci nikahından 15 yaşlı qızı var.