Prezidentin baş katibi azad edildi - Türkiyədə

Türkiyə Sİlahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akarın ardından Türkiyə prezidentinin baş katibi Fahri Kasırga da girovluqdan azad edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kasırga Türkiyə polisinin əməliyyatı nəticəsində azad olunub və təhlükəsiz yerə aparılıb.
Qeyd edək ki, baş katibin girov götürülməsi xəbərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib: "Mənim baş katibimi girov götürüblər. Bununla nə etməyi düşünrsüz?"