"Prezidentə yalan danışırsa, görün vətəndaşları nələr gözləyir" - QHT sədrindən SƏHİYYƏ NAZİRİNƏ

Baxış sayı: 
118
0  
0  

Səhiyyə nazirliyi və təcili tibbi yardımla bağlı şikayətlərin olması heç kimə sirr deyil.

Turaninfo.org -istinadən xəbər verir ki, Qan Donorları Assosiasiyası İctimai Birliyinin sədri Fuad Əskərovun halı pisləşdikdə təcili tibbi yardım çağırıb. Ancaq yardım saatlarla gözlədikdən sonra gəlib.

QHT sədri başına gələnlərlə bağlı bunları deyib:

“Dünən ağır və gərgin günün sonu olaraq ürək döyüntülərim ardı, oksigen qıtlığı yarandı, özümə nəzarəti itirməyə başladım. Dostlarım taksi ilə məni evə yola saldılar. Sürücü özümü pis hiss etdiyimi görüb “Sən Allah, məni zibilə salma, çatdıracam ünvana”, dedi.

21:29 da təcili tibbi yardıma zəng etdim. Halım çox pisləşirdi. 21:59 da təkrar zəng edib, təcili tibbi yardımın harada qaldığını soruşdum. Cavab olaraq dedilər ki, “Bu ölkədə ehtiyacı olan tək siz deyilsiniz, səbirli olun gələcək!”.

22: 18 də (50 dəqiqə sonra) təcili tibbi yardım gəldi. İlkin yardım etdilər. Səhər ayılanda hər şeyin keçmişdə qaldığını qəbul etdim”.

Fuad Əskərov bildirib ki, təcili tibbi yardımın fəaliyyəti ilə bağlı nazirliyin qaynar xəttinə zəng edir, ancaq cavab ala bilmir:

“Bu zaman ərzində Səhiyyə Nazirliyinin qaynar xətti zənglərimə cavab vermirdi. Artıq bunu qəbul etmək lazımdır. Azərbaycan səhiyyə naziri cənab prezidentə yalan danışırsa, görün bu ölkənin vətəndaşlarını nə gözləyir. Nazirliyə səhərdən zəng edirəm ki, irad bildirim. Telefona cavab verən yoxdur”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin fəaliyyəti ilə bağlı son zamanlar şikayətlərin sayı durmadan artır.

Загрузка...
Загрузка...