Prezident və baş nazirdən maraqlı selfi - FOTO

 

 
Çeçenistanın prezidenti Ramzan Kadırov “Instagram” hesabında Dmitriy Medvedevlə birlikdə çəkdirdiyi selfini paylaşıb.
 
Missiya.Az xəbər verir ki, Çeçenistan lideri baş naziri "internetdə öz adam"i adlandıraraq, rəhbər kimi onun keyfiyyətlərini tərifləyib.
 
Kadırov həmçinin vurğulayıb ki, baş nazirlə selfi çəkdirmək onların "çoxdankı ənənəsidir".
 
“Əlbəttə, biz Dmitriy Anatolyeviçlə birlikdə kameralar qarşısında dayanıb "düzgün" şəkillər ala bilərdik. Amma bizim hər ikimizin sadə, maksimal təbii şəkillər xoşumuza gəlir. Əminəm ki, milyonlarla "İnstaqram" və başqa resurs istifadəçiləri bizimlə eyni fikirdədir”,- deyə Kadırov qeyd edib.
 
Qeyd edək ki, Ramzan Kadırov və Dmitriy Medvedev internetdə aktiv istifadəçilərdir.