Prezident Təhlükəsizlik Şurasının rəhbərini işdən qovdu

Qırğızıstanın yeni prezidenti Sooronbay Xenbekov sabiq president Almazbek Atambayev tərəfindən 2 ay əvvəl vəzifəyə gətirilən Təhlükəsizlik Şurasının rəhbərini vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, Qırğızıstan dövlət başçısının mətbuat katibinin jurnalistlərə verdiyi açıqlamaya görə, S.Xenbekov Almazbek Kurmanaliyevi vəzifə səlahiyyətlərini yerinə yetirə bilmədiyi səbəbindən azad edib.
Almazbek Kurmanaliyev oktyabr ayının 26-da Jenişa Razakovanın əvəzinə Qırğızıstanın Təhlükəsizlik Şurasının rəhbəri tətyin edilmişdi.
Xatırladaq ki, Sooronbay Xenbekov Qırğızıstanın 5-ci prezidentidir. O, rəsmi olaraq vəzifə səlahiyyətlərinə noyabrın 24-dən başlayıb.
Könül Cəfərli

Загрузка...
Загрузка...