​Prezident naziri işdən çıxarıb, Bakıya göndərdi

 
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin Dövlət İdman Komitəsinin sədri Kakabay Seyidovu işdən azad edib.
 
Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, Berdıməhəmmədovun digər sərəncamı ilə Seyidov Türkmənistanın Bakıdakı səfiri təyin olunub.
 
Türkmən televiziyasının xəbərində qeyd olunur ki, Dövlət İdman Komitəsinin sədri vəzifəsinə əvvəllər Türkmənistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri postunu tutmuş Toyli Komekov təyin edilib.
 
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov avqustda Rio-de-Janeyroda Olimpiya oyunlarında türkmən yığmasının müvəffəqiyyətsiz çıxışına görə Kakbəy Seyidova vəzifədən çıxarılma haqqında son xəbərdarlıqla töhmət elan edib.