Prezident: “Narkomanları öldürün”

Flippinin yeni prezidenti Rodrigo Duterte xalqa "Narkomanları öldürün" çağırışı edib.
 Teleqraf.com xəbər verir ki, prezidenti narkotacirləri ölüm cəzası gözlədiyini diqqətə çatdırıb: "Onlar uşaqlarımızı məhv edirlər. Sizə xəbərdarlıq edirəm. Əl çəkin bu işdən. Polis belə olsanız, narkotik satdığınız üçün sizi öldürəcəm. Siz də narkotik aludəçisi görsəniz onu öldürün".
 Qeyd edək ki, seçki kampaniyası dövründə Rodrigo Duterte daha bir açıqlaması ilə olay yaratmışdı. O, bələdiyyə sədri olduğu müddətdə məhkumlar tərəfindən zorlanaraq öldürülən avstraliyalı qadın haqqında "o, çox gözəl idi. Məhbuslar bələdiyyə sədri kimi ilk addımın mənim tərəfimdən atılmasını gözləməli idilər".
 Sonradan Rodrigo Duterte sözlərinin yanlış anlaşıldığını deyərək zarafat etdiyini bildirib.