Prezident İsgəndər Cavadovla bağlı sərəncam verdi –Sabiq futbolçuya fərdi təqaüd ayrıldı

 
 
Strateq.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq aşağıdakı qərar verilib:
 
1. Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.