​Prezident İlham Əliyev Zabit Səmədovu şəxsən dəvət edib təbrik elədi

Prezident İlham Əliyev bu gün Rio medalçıları ilə görüşə Zabit Səmədovu da dəvət edərək çempionluq münasibətilə təbrik edib.
Turaninfo.az Azərbaycan 24  xəbər verir ki, bu barədə Zabit Səmədov özü də məlumat verib: “Dostlar, bu gün vacib bir görüş baş tutub. Axır ki mən şəxsən Azərbaycan prezidenti Ilham Əliyevlə görüşmək imkanını əldə etdim.
Mən Azərbaycanı sevən vətənpərvər insanam, öz millətimə və müdrik siyasətçiyə ölkəmizi inkişaf etdirən prezidentimizə dərindən hörmət edirəm.
Və hər zaman olduğu kimi ölkəmin və millətimin şərəfini qorumağa davam edəcəm.”