Prezident İlham Əliyev Con Kerri ilə görüşür

Bakı vaxtı ilə saat 22.30-a olan informasiyalara görə, Azərbaycan prezidenti İlham Əliyevlə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini arasındakı məsləhətləşmələr başa çatıb. virtualaz.org xəbər verir ki, tərəflər təmas xəttində atəşkəsin qorunmasının vacibliyi məsələsində ümumi mövqe ifadə ediblər.
Azərbaycan nümayəndə heyətindəki mənbə «RİA Novosti»yə təsdiqləyib ki, az sonra prezident Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə məsləhətləşmələri başlayacaq. "Bu görüş Minsk Qrupu həmsədrlərinin iclasından əvvəl baş tutacaq", - mənbə deyib.