​''Porşe''ni tərsinə sürən “Zadnı Rəhman” tutuldu - Video

 
Bakıda toy karvanında təhlükəli hərəkətlər edən sürücü saxlanılıb.
 
Axar.az Avtosfer.az-a istinadla xəbər verir ki, həmin sürücünün adı Rəhmandır.
 
Onun idarə etdiyi "Porşe" markalı avtomobil dünən gecə Bakıda yol polisi tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına, sürücü isə polis bölməsinə aparılıb. Bu gün isə həmin sürücüyə avtoxuliqanlıq etdiyinə görə inzibati həbs cəzası verilməsi üçün sənədlər məhkəməyə göndərilib.
 
Saxlanılan zaman yol polisləri sürücüdən "Zadnı Rəhman" adlı avtoş sənsən?" - deyə soruşublar. Sürücü isə maraqlı cavab verib: "Adım Rəhmandır. Zadnısız".
 
Qeyd edək ki, sosial şəbəkələrdə oktyabrın 3-də yayılan videonun nə vaxt çəkildiyi bilinməsə də, hadisənin Təhsil Nazirliyi istiqamətindən Heydər Əliyev prospektinə çıxan yol ötürücüsündə baş verdiyi görünürdü. Toy karvanında hərəkət edən "Porşe" markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. Avtoşluq edən sürücünü kameraya çəkən yaxını onu "Zadnı Rəhman" kimi təqdim edib.