Poroşenkodan Ukraynanı təhqir edən müğənniyə cavab

Ukrayna Prezidenti Pyotr Poroşenko rusiyalı müğənni Zemfiranın ölkəyə girişinə qadağa qoyulması üçün çağırış edib.
 Turaninfo.az Axar.az –a istinadən xəbər verir ki, bununla bağlı Poroşenkonun saytında petisiya yerləşdirilib. Petisiyanın təsdiq olunması üçün 25 min imzaya ehtiyac var.
 “Zemfira Vilnüsdə keçirilən konsert zamanı Ukrayna bayrağı ilə pis rəftar edib”, - petisiyada bildirilib.
 Qeyd edək ki, Zemfira Litvadakı konserti zamanı fanatlara müraciət edərək, Ukrayna bayraqlarını endirmələrini tələb edib:
 “Mən Rusiya vətəndaşıyam. Biz hazırda Litvadayıq. Xahiş edirəm sizdən, xahiş edirəm ... . Bayraqları yığışdırın”.