Poroşenkodan Saakaşvilinin istefasına - Reaksiya

 
Əgər Saakaşvili müxalifətə keçib öz fəaliyyətini davam etdirmək istəyirsə, demək, biz demokratik ölkəyik.
 
Axar.az xəbər verir ki, bunu Sloveniya Prezidenti Borut Paxorla görüşdən sonra jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.
 
O, hökumətin Saakaşvilinin istefasını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
 
Qeyd edək ki, dünən Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verib. Saakaşvili keçirdiyi brifinqdə ölkə prezidentini korrupsiyaya dəstək verməkdə ittiham edib.