Poroşenko Saakaşvilinin istefasının səbəbini açıqladı

 
Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili tərəfdarlarının Gürcüstanda parlament seçkilərində uduzduğuna görə vəzifəsindən istefa verib.
 
Oxu.Az-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı, noyabrın 8-də, “İnterfax” nəşri məlumat verir.
 
“Mən ümid edirəm ki, sabah hökümət Saakaşvilinin istefasının qəbul edəcək. Bəziləri Gürcüstandakı seçkilərdə məğlubiyyətdən sonra Ukraynada siyasi fəallığa başlayıblar”, - o deyib.
 
Poroşenko əlavə edib ki, Ukraynaya islahatların həyata keçirilməsi üçün dəvət alan gürcü ictimai xadimlər fəaliyyətlərini davam etdirilər.