Poroşenko qərb ölkələrinə səsləndi

Ukrayna prezidenti Petro Poroşenko Rusiyaya qarşı sanksiya irəli sürmüş ölkələrə səslənib. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dövlət başçısı sanksiyaların təsirinə şübhəli yanaşan ölkələri Rusiyaya qarşı daha sərt tədbirlər görməyə çağırıb.
"Sanksiyaları ləğv etmək yox, əksinə, daha da sərtləşdirmək lazımdır”!
Bir müddət əvvəl  Avropa Birliyinin iyun sammitində Rusiya əleyhinə tətbiq edilmiş sanksiyaların qüvvədən qaldırılacağı bildirilib.
Ukrayna prezidenti buna belə reaksiya verib: “Tez-tez bəzi Avropa dövlətlərində sanksiyaların təsirsiz olduğu haqqında sözlər deyilir. Nə edək, əgər belə düşünürlərsə, sanksiyaları ləğv etmək lazım deyil. Əksinə, daha da sərtləşdirmək gərəkdir”.
Poroşenko bazar günü faşizm üzərində qələbəyə həsr edilən “Sülhün ilk dəqiqəsi” tədbirində çıxış edib. Prezident bildirib ki, ukraynalı diplomatlar Rusiya əleyhinə verilmiş sanksiyaların davam etməsi üçün çalışır.