Poroşenko: “NATO Rusiya ilə döyüşə bilməz”

Kiyev Rusiya ordusu ilə döyüşmək təcrübəsini NATO ilə də bölüşə bilər.
 Axar.az xəbər verir ki, bu sözlər Ukrayna Prezidenti Pyotr Poroşenkonun “Vol Strit Jurnal” qəzetindəki məqaləsində yer alıb.
 Onun sözlərinə görə, hazırda NATO-ya üzv ölkələrdən heç birinin rus ordusu ilə döyüşmək təcrübəsi yoxdur. O, NATO-Ukrayna əlaqələrinin dərinləşməsinin Ukrayna, Şərqi Avropa və Qara dəniz ətrafında stabillik yaradacağını bildirib.