Polislər toy günü bəyi saxladı - Gəlin nigah masasında tək qaldı - VİDEO

 
Toy günü bəyi həbs etdikləri üçün gəlin mərasimdə tək qalıb.
 
Turaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Batman şəhərindən baş verib.
 
Bəy Orxan Çəlik həbsxanadan bir neçə günlük icazə alaraq evə gəlib. Amma onun icazə müddəti bitsə də, həbsxanaya qayıtmaq istəməyib.
 
Ona görə də, polis əməkdaşları toy günü Çəliki saxlamaq məcburiyyətində qalıblar.
 
O, toy üçün şəkil çəkdirməyə gedərkən saxlanılıb.
 
Toy sahibləri polislərə 10 nəfəri tutub amma bəyi buraxmaq barədə təklif etsələr də, heç bir xeyiri olmayıb.
 
Ən maraqlısı isə bəy həbsdə olsada toy təxirə salınmayıb. Hadisə barədə danışan gəlin deyib ki, olanlardan çox təsirlənib. “Amma nə edim? Oturub gözləyəcəm. Mən Çəliki çox sevirəm. Şikayət edənləri Allaha tapşırıram”.

Загрузка...
Загрузка...