Polis Bakıda 2 silahlı şəxsi zərərsizləşdirib

Azərbaycanda polis iki nəfər silahlı şəxsi zərərsizləşdirib.
Turaninfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonunda Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliməmmədovdan “TT” markalı tapança və 8 ədəd patron götürülüb.
Həmin gün Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Abbas Məmmədovdan “AK” markalı silah, 3 ədəd patron darağı və 231 ədəd patron götürülüb.