Polis arvadını niyə qətlə yetirdi – Təfərrüat

Baxış sayı: 
175

 
Bərdə rayonunda polis əməkdaşının həyat yoldaşını öldürməyə cəhd etməsinin təfərrüatı məlum olub.
 
Turaninfo.org  Teleqraf.com-a istinadən xəbər verir ki, Anjela Məmmədovanı yataq otağında bıçaqlayan Sevindik Məmmədovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
İstintaqa ifadə verən Sevindik Məmmədov törətdiyi əməli etiraf edib. O bildirib ki, cinayəti qısqanclıq zəminində törədib.
 
Dekbarın 26-da, axşam saatlarında işdən evə gələn Sevindik Məmmədov arvadının gözünə dəymədiyini görüb. O, sakitcə yataq otağına keçib və arvadının asta səslə telefonda kiminləsə danışdığını eşdib. Arvadının danışığına qulaq asan Sevindik Məmmədov onun başqa bir kişi ilə münasibət saxladığını öyrənib.
 
Sevindik Məmmədov mətbəxə keçib, oradan bıçaq götürərək yenidən yataq otağına gəlib. Yataq otağına daxil olan zaman Anjela telefonu söndürüb.
 
Sevindik Məmmədov arvadından kiminlə danışdığını soruşub və bu zaman Anjela ərinə kobud cavab verib.
 
Anjelanın hərəkətlərindən əsəbləşən Sevindik Məmmədov ona 12 bıçaq zərbəsi vurub. Qadının yerə yıxıldığını görən Sevindik onun öldüyünü düşünüb. Sonra Polis Şöbəsinə gələn Sevindik Məmmədov arvadını öldürdüyünü bildirib və cinayəti törətdiyi bıçağı polislərə təhvil verib.
 
Faktla bağlı Bərdə Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə Report-a açıqlamasında Bərdə rayon Yol Polisi Bölməsinin inspektoru vəzifəsində Sevindik Şəmşir oğlu Məmmədov adlı şəxsin işləmədiyini bildirib.
 
“Bildiririk ki, Bərdə rayon DYP Bölməsində belə bir insan çalışmır. Yol polisində Şükürov Sevindik Şəmşir oğlu adlı əməkdaş olub ki, o da Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında işləyib. Lakin xidmətdə yol verdiyi ciddi nöqsanlara görə bir neçə il öncə daxili işlər orqanlarından xaric edilib”.
 
Qeyd edək ki, Bərdə rayonunun Əliyanlı kəndinin sakini, 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşı 1987-ci il təvəllüdlü Anjela Məmmədovanı yataq otağında bıçaqlayaraq onu öldürməyə cəhd edib. 12 bıçaq yarası alan qadın yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Загрузка...
Загрузка...