Pənahəli xanın erməni əlindəki qalasının içindən son görüntü... - FOTO

İşğaldan öncə məşhur restoran olan bu məkanda kimlər yeyib-içməyib?...
 
 
Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın bizlərin Şahbulaq kimi tanıdığı məkanda,  işğal altındakı Ağdam şəhərindən təxminən 10 km məsafədə yerləşən sarayının son görüntüsü yayıldı.
 
Moderator.az xəbər verir ki, fotonu rusiyalı ermənipərəst bloger Sergey Novikov yayıb. O, fotonun şərhində yazıb:”Tiqranakert. Pənahəli xanın qalası. Sovet dövründə restoran, bizim dövrümüzdə isə erməni Qarabağının ən əsas muzeylərindən biri”...
 
Rəsmi Azərbyacanın dəfələrlə xəbərdarlığına rəğmən bu əcnəbi digər bir qrup xarici blogerlə birlikdə sentyabrın son günlərində də işğal olunmuş  Dağlıq Qarabağ və digər bölgələrimizdə olub...
P.S. Görünür, ölkə başçısı yəhudi bloger Aleksandr Lapşini əfv etdikdən sonra o  birilərdə bir arxayınlıq yaranıb. Onlar da həbs edilərək iki-üç ay həbsdə yatıb daha da məşhurlaşmaq fikrindədirlər...

Загрузка...
Загрузка...