​Pənah Hüseyn: “Mütəllibov qocalıb, belə sözlərlə başını saxlayır”

 
“Ermənistan bizə düşmən dövlətdir. Bizimlə müharibə aparıb, torpaqlarımızı işğal edib. Ermənistanla hər hansı bir əməkdaşlıq, xüsusilə hərbi sahədə əməkdaşlıq Azərbaycan üçün təhdiddir və təhlükədir. Bu hansı dövlətin etməsindən asılı olmayaraq, belədir”.
 
Bunu Teleqraf.com-a Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn eks-prezident Ayaz Mütəllibovun son müsahibəsində işlətdiyi fikirləri şərh edərkən deyib.
 
Xatırladaq ki, Mütəllibov mətbuata açıqlamasında deyib ki, Ermənistan və Rusiyanın Qafqazda birgə yaratdığı ordu qruplaşmasının Azərbaycan üçün ciddi təhlükəsi yoxdur.
 
Pənah Hüseyn isə deyib ki, Ayaz Mütəllibov artıq qocalıb: “Əslində əvvəllər də xüsusi bir istedadı yox idi. İndi danışır da. Mən eşitdiyimə görə, 26 sentyabr referendumundan sonra başına bir dəstə adam toplayaraq deyirmiş ki, vəzifə alacam. Bu yolla başını dolandırırmış. Məncə, onun dediklərinə xüsusi əhəmiyyət vermək lazım deyil. Belə sözlərlə başını saxlayır. İnternetdə Rəhim Qazıyevin müsahibəsinə rast gəlmişdim. Orada deyirdi ki, Mütəllibov 1990-cı illərdə Moskvada belə sözlərlə başını saxlayırmış. İndi də yəqin əli aşağıdır deyə danışır”.
 
Pənah Hüseyn sabiq prezidentin  Rusiya üçün Azərbaycanın Ermənistanla müqayisədə daha əhəmiyyətli dövlət olduğu, Ermənistanın dövlət kimi belə rolunun mövcud olmadığı haqda fikirlərini də qiymətləndirib: “Mənə elə gəlir, Rusiya rəhbərliyi deyə bilər ki, hansı dövlət onun üçün daha əhəmiyyətlidir. Ancaq tarixən erməni məsələsi Cənubi Qafqazda ruslar tərəfindən yaradılıb. Bu faktdır və Rusiya tərəfi də bunu gizlətmir ki, ermənilər onların tarixi müttəfiqidir. Bu baxımdan mən strateji olaraq vəziyyətin dəyişdiyi qənaətində deyiləm”.

Загрузка...
Загрузка...