Plana düşən evlərə görə verilən PUL ARTIRILA BİLƏR - Parlamentdə müzakirə

Baxış sayı: 
151

“Söküntüsü aparılan evlərin sahiblərinə ödənilən kompensasiyanın miqdarı verilərkən son illər ölkədəki devalvasiya nəzərə alınmalıdır”.
Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Elmira Axundova Milli Məclisdə Hökumətin 2017-ci il hesabatı ilə bağlı çıxış edərkən deyib.
Millət vəkili bildirib ki, ötən il bir sıra problemlər həll edilsə də, dövlət tərəfindən söküntüsü aparılan evlərin sahiblərinə hələ də kvadrata görə 1500 manat verilir. Millət vəkilinin bunun hazırkı durumda yetərli olmadığını deyib:
“Bilirsiniz ki həmin evlərin əksəriyyətinin kvadratı çox kiçikdir. Buna görə də ödənilən kompensasiya yeni ev almaq üçün yetərli olmur. Təklif edərdim ki, həmin evlərin sahiblərinə yeni tikilən binadan mənzil verilsin. Bildiyim qədəri ilə dövlət tərəfindən tikilən bu binalarda təmirlə birlikdə 1kv metr 500 manata başa gəlir. Hesab edirəm ki, kvadratı böyük olan evlərin sahiblərinə verilən kompensasiya 2 min manata çatdırılsa, yaxşı olar”.
Gülxar

Загрузка...
Загрузка...