​PKK Türkiyədə ölüm-dirim savaşına girib: Aprelə qədər...

 
Türkiyədə baş verən terror bir neçə gün öncə Baş nazir Binəli Yıldırımın aprelə qədər PKK-nın kökünün kəsiləcəyinə dair açıqlamasına verilən bir reaksiyadır.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hesab edir ki, terrorçular Ankaranın PKK ilə bağlı planının həyata keçməməsi üçün əllərindən gələni edəcəklər:
 
“PKK ölkədə daxili siyasi vəziyyəti qarışdırmaqla xaos yaratmağa çalışır. Türkiyə hakimiyyəti PKK ilə mübarizədə çox ciddi qərarlar verib və bunlardan ən təsirlisi HDP liderlərinin həbs edilməsidir. HDP-nin əsas məqsəd və vəzifəsi Türkiyə hakimiyyətinə xaricdən, xüsusilə də Qərbdən təzyiqlərin artırılmasına şərait yaratmaq və bununla da Türkiyənin cənub-şərqi Anadoluda başlatdığı əməliyyatların dayandırılmasına nail olmaq idi. Ancaq Ankaranın qəti addımlarından sonra PKK hazırda mövcud türk hakimiyyətini devirmək, FETÖ vasitəsilə bu prosesi mümkün qədər tezləşdirmək və ən sonda öz məqsədlərini yerinə yetirməkdən ötrü ölüm-dirim savaşına girişib. Türkiyədə baş verən son terror da məhz bu ölüm-dirim savaşının nəticəsidir”.
 
Qeyd edək ki, 10 dekabrda İstanbuldakı “Vodafon Arena”da baş verən dəhşətli terakt nəticəsində 44 nəfər həlak olub, 155 nəfər isə yaralanıb.
 
 

Загрузка...
Загрузка...