​PKK polkovnikinin Türkiyəyə SIĞINMASI ABŞ-I PANİKAYA SALDI – ŞANTAJ BAŞLAYACAQ

 
 
Suriyada iki ildir ki, PKK/PYD-yə xidmət edən polkovnik Talal Silonun Türkiyəyə təslim olması ABŞ, PKK və İŞİD arasındakı çirkli əlaqələri ifşa edəcək.
 
Suriyada son 2 ildə PKK-ya xidmət edən Talal Silo, Türkiyəyə təslim olmaqla, Vaşinqtonda panikaya yol açıb. Terror təşkilatının Suriya qolu  PYD-nin rəsmi sözçüsü olan Silonun bölüşəcəyi məlumatlar, ABŞ rəhbərliyi üçün həssas olduğu qədər, həm də çox qorxduğu məsələlər arasında yer alır. Əldə edilən məlumatlara görə, 1,5 ay əvvəl PKK hücumundan sağ xilas olan Silo, daha sonra Türkiyə ilə təmasa keçib. 1,5 ay boyunca kəşfiyyat və hərbi rəsmilərlə görüşən Silo, Münbiçdəki Dadad zonasından Türk orqanlarına təslim olub.
 
KONKRET DƏLİLLƏRLƏ GƏLDİ
 
Özü ilə bərabər bir çox məlumat və dəlil-sənədlərlə gələn Sülonun yaxın günlərdə verəcəyi açıqlamalar ABŞ-ın PKK vasitəsilə apardığı çirkli müharibə ilə bağlı bir çox qaranlıq məqamları aşkara çıxaracaq. Ayn əl Ərəbdən başlayaraq 40 min kilometrlik ərazini işğal edən, 3 milyondan artıq vətəndaşı vətənlərindən köçə məcbur edən, Rakka, Tabka, Deyrizor, Haseke, Münbiç, Tel Abyad başda olmaqla, bir çox yaşayış məntəqəsini xarabalığa çevirən və İŞİD ilə çirkli ittifaq quran PKK-ABŞ cəbhəsinin, bu prosesdə həyata keçirdiyi bir çox qaranlıq fəaliyyətlər də ifşa olacaq.
 
ABŞ-dan ŞANTAJ: ADAMIMIZI QAÇIRDINIZ
 
Digər tərəfdən, Talal Silonun təslim olmasından sonra ABŞ orqanları dərhal qabaqlayıcı şantaj fəaliyyətinə üstünlük verərək, "Adamımızı qaçırdınız" ittihamı ilə çıxış edib. Ancaq az sonra Silonun öz istəyi ilə Türk orqanlarına təslim olduğu məlumatı gəlincə, ABŞ-ın iddiası puça çıxıb. Artıq bundan sonra Vaşinqtonun, Silonun danışacaqları məlumatları etibarsızlaşdırmaq üçün dərhal hərəkətə keçəcəyi gözlənilir. Ağ Evin bölgədəki müstəmləkə valisi Brett Makgurk hadisənin baş verdiyi ilk saatlarda vəziyyətdən  bir təxribat aləti olaraq istifadə etməyə çalışsa da, ancaq uğurlu olmadığı bildirilir. Həmçinin ABŞ-PKK cəbhəsinin PYD-nin içində geniş bir təhqiqat başladaraq, hadisənin baş verməsinə yardım edənləri müəyyən etməyə çalışdığı deyilir. Bu çərçivədə Münbiç və Ayn əl Ərəbdə 20-dən artıq şəxsin hadisə ilə əlaqəsi olduğu və bu səbəblə də saxlanıldığı bildirilir.
 
Müxalifət.az

Загрузка...
Загрузка...