PKK-nın Suriya tuneli tapıldı – Terrorçular Türkiyəyə yerin altıyla keçirmişlə (Foto)

Türkiyənin  Mardin şəhərinin  Nusaybin rayonunda Suriyaya gedən 400 metr uzunluğunda tunel tapılıb.
 
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, tunelin PKK   tərəfindən hazırlandığı və terrorçuların Türkiyə – Suriya gediş gəlişini təmin etmək, silah daşımaq üçün istifadə etdikləri məlum olub.
 
Məlumata görə, tunel Milli İstiqbarat Təşkilatı, hərbçilər, polis  və jandarm tərəfindən Türkiyə-Suriya sərhədinin yoxlanılması zamanı tapılıb. Tuneldən həmçinin PKK-ya aid -silah-sursat da tapılıb.