​PKK-nın ən təhlükəli terrorçusu məhv edilib

 
Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib. Bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb.
Minval.İnfo xəbər verir ki, S.Coşqun İraqın şimalında Türkiyə SQ-a qarşı aktiv döyüşlərdə iştirak edib.
Qeyd olunur ki, bu təhlükəli terrorçu ilə birlikdə daha bir neçə terrorçu məhv edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Загрузка...
Загрузка...