PKK Mardində törədilən terror aktını rəsmən öz üzərinə götürdü

Separatçı PKK terror təşkilatı dünən Türkiyənin Mardin şəhərində 3 polisin və 3 mülki vətəndaşın ölümünə bais olan terror aktının təşkilat tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, terror aktını PKK-nın “Dirok Ahmet” ləqəbli üzvü həyata keçirib.
Terrorçunun əsl adı İshaq Qatardır. Hazırda təhlükəsizlik qüvvələri həmin şəxsi və ona yardım edən şəxslərin tutulub yaxalanması üçün səfərbər olunublar.