PKK lideri kürdləri hədələdi

PKK liderlərindən Mustafa Qarasu Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda yaşayan kürdləri təhdid edib.
Turaninfo.az  Axar.az-a istinadən xəbər verir ki, Mustafa Qarasu PKK-nın sözügedən rayonda yenidənqurma işlərində çalışacaq kürdləri hədəf alacağını bildirib. 
 “Surda işləyəcək memarlar və işçilər bizim hədəfimizdə olacaq. Orada işləyən kürd vətəndaşlar özlərini mülki vətəndaş hesab etməsinlər. Siz orada işləyə bilməzsiniz”, - Qarasu bu sözlərlə kürdləri hədələyib.
 Qeyd edək ki, Sur rayonu anti-terror əməliyyatları çərçivəsində PKK-dan təmizlənib. Nəticədə rayonda bəzi binalar dağılıb.