PKK lideri Davudoğlunun istefa səbəbini dedi

PKK-nın Qəndil lideri Duran Qalxan Türkiyənin Baş naziri Əhməd Davudoğlunun istefasına münasibət bildirib.
 Axar.az xəbər verir ki, təşkilat mənsubu ABŞ-ın atəşkəs istədiyini, Davudoğlunun da bu qərarı dəstəklədiyini deyib:
 “Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK ilə atəşkəsi rədd etdi. ABŞ Ərdoğandan mövcud müharibə siyasətini dəyişdirməyi tələb edir. Əhməd Davudoğlu da məhz bu səbəbdən getdi”.