PKK iftara yetişməyə çalışan türk çavuşunu şəhid etdi

 
Türkiyənin Diyarbəkir şəhərində, Bismil bölgəsində iftara yetişməyə çalışan baş çavuş terroristlər tərəfindən öldürülüb.
 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində baş çavuş hadisə yerindəcə şəhid olub.
 
Hadisənin ardından bölgəyə xüsususi təyinatlı əsgərlər və zirehli tanklar göndərilib. Hərbçilər əməliyyata başlayıb.
 
Şəhid olan çavuşun cənazəsi ailəsinə təhvil verilib.