PKK hərbi bazaya hücum etdi: 3 yaralı

PKK terrorçuları Hakkari vilayətinin Çuxurca rayonunda yerləşən hərbi bazaya hücum edib.
 
Axar.az xəbər verir ki, terrorçuların ağır çaplı silahlardan açdığı atəş nəticəsində bazada xidmət aparan 3 hərbçi yaralanıb.
 
Yaralılar dərhal Hakkaridəki hərbi hospitala çatdırılıb.
 
PKK üzvlərinin yaxalanması üçün bölgədə əməliyyat başlayıb.