PKK-dan polislərə xain hücum

Türkiyənin Tunceli vilayətinin Ovacık mahalında polis məntəqəsi PKK terrorçuları tərəfindən raket və avtomat silahlardan atəşə tutulub.  
 
Axar.az xəbər verir ki, terrorçular tərəfindən atılan raketlər divara dəyib.   Məlumata görə, polislərin qarşılıq verməsi nəticəsində 5 dəqiqə davam edən atışmadan sonra PKK-çılar Munzur Vadisi adlanan əraziyə doğru qaçıblar.   Atışma zamanı ölən və yaralananların olmadığı bildirilib.  
Terrorçuların tapılması istiqamətində bölgədə axtarışlara başlanılıb.