PKK-dan 4 bazaya hücum

 
Türkiyənin Hakkari vilayətində 4 hərbi hissə PKK terrorçuları tərəfindən eyni anda atəşə tutulub.
 
Axar.az xəbər verir ki, PKK Qarataş, Qazitəpə, Gəzgintəpə və Çayırlı bölgələrində yerləşən bazaları hədəf alınıb.
 
Məlumata görə, təhlükəsizlik qüvvələrinin qarşılıq verməsi nəticəsində terrorçular geri çəkilib.
 
PKK-çıların tutulması istiqamətində ərazidə axtarışlara başlanılıb.