PKK azərbaycanlıların şəhərinə girdi - Foto

 
PKK terror təşkilatı Kərkükə girib.
 
Axar.az xəbər verir ki, bunu “İxlas” agentliyinə açıqlamasında “Kərkük səsi” qəzetinin rəhbəri Güngör Yavuzaslan söyləyib.
 
Onun sözlərinə görə, PKK-nın bölgəyə girməsinə peşmərgə izn verib:
 
“21 oktyabrda İŞİD-in hücumundan sonra yaranan xaosdan istifadə edən PKK terrorçuları da Kərkükə girdilər. Başda Kərkük qalası olmaqla, bir çox yerlərdə onların mövqe tutmasına peşmərgə izn verib. İraqda İŞİD-ə qarşı mücadilədə PKK-nın yer alması sayəsində terror təşkilatını leqallaşdırmaq istəyirlər. Hətta bəzi media orqanlarında PKK ilə bağlı düşünülmüş şəkildə kampaniya aparılır”.