Piter Teys: "Sərkisyanın istefası Ermənistan tarixində..."

 
Ermənistanın baş naziri Serj Sərkisyanın istefası ölkənin müasir tarixində ən müsbət hadisədir.
 
Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Markett Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib.
 
O qeyd edib ki, Ermənistan xalqı 2018-ci ilin aprelin 23-nü uzun müddət xatırlayacaq, çünki bu gün ölkə daxilindəki demokratik qüvvələr ən zalım cinayətkarlardan biri, onillik hakimiyyəti dövründə ölkə iqtisadiyyatını xarabalığa çevirən Serj Sərkisyanı uzaqlaşdırdılar:
 
“Ermənistanda S.Sərkisyanın baş nazir seçilməsinə qarşı genişmiqyaslı etirazlar nəticə verdi və bu Ermənistan xalqı müsbət dəyişikliklərə ümid edir. Daxili və xarici qüvvələr S.Sərkisyana güclü təzyiq göstərdi. Əminəm ki, o etirazların bu cür güclənəcəyini gözləmirdi”.
 
Amerikalı politoloq hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət Ermənistanın indiki hökumətinə təzyiq göstərməlidir:
 
“Ermənistan prezidenti Armen Sərkisyan Azərbaycan hökuməti ilə yeni danışıqlara təşəbbüs göstərməli və Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvodan imtina etməlidir”.
 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...