​Pəhriz saxlayan 11 yaşlı uşaq kor oldu - FOTOLAR

 
 
Kanadada ekzema səbəbi ilə pəhriz saxlayan 11 yaşlı uşaq, A vitamini çatışmazlığına görə görmə qabiliyyətinin böyük qismini itirib.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, ailəsi, təxminən 8 aydır görmə sıxıntısı yaşayan və gün keçdikdə daha pisləşən 11 yaşlı uşağı həkimə aparanda qulaqlarına inanmayıb.
 
30 santimetrdən irəlini görə bilməyən uşağın gözlərinin həddindən artıq quru olması həkimin diqqətini çəkib. Qan testi keçirilən uşağın qanunda lazım olandan çox az A vitamininə rast gəlinib.
 
Nəticədə məlum olub ki, uşaqın yediyi qidalarda A vitamini olmayıb və uşaq A vitamini çatışmamazlığı nəticəsində qismən kor olub.

Загрузка...
Загрузка...