Peterburqda üç yaşlı azərbaycanlı uşaq özünə tapançadan atəş açıb

Rusiyanın Sankt-Peterburq şəhərində üç yaşlı uşaq travmatik silahdan özünə atəş açıb.
 APA-nın xəbərinə görə, 36 yaşlı Azərbaycan vətəndaşı, 4 uşaq atası Səxavət Hacıyev 3 yaşlı uşağını avtomobildə qoyaraq gedib. Avtomobilin saxlanc yerində silah olub. Ata geri qayıdarkən 3 yaşlı oğlunu yaralı vəziyyətdə görüb.
 S. Hacıyev dərhal təcili tibbi yardımı çağırıb. Xəstəxanaya çatdırılan uşaq əməliyyat olunub, həkimlər onun həyatına təhlükə olmadığını bildiriblər.
 İstintaqın gedişində uşağın özünə silahdan atəş açdığı müəyyənləşib.
 Silah saxlanması qaydalarının pozulmasına görə, S. Hacıyev barəsində inzibati protokol tərtib edilib, cərimə təyin olunub.