Peşmərgə oradan da qaçdı - Bərzaniyə ölümcül ZƏRBƏ

 
İraq ordusu Kərkük və Sincardan sonra daha bir bölgəni nəzarəti altına alıb.
Publika.az xəbər verir ki, ordu Mosulun Mahmur bölgəsinə daxil olub. Peşmərgə isə bölgədəki qarşıdurmadan geri çəkilib.
Qeyd edək ki, İraq ordusu bu gün səhər saatlarında Haşdi Şabi şəhərinin Sincar bölgəsinə daxil olmuşdu. Peşmərgə burada da orduya müqavimət göstərə bilməmişdi.
Kürd muxtariyyətinin cənubi-qərbində yerləşən Mahmur mahalı 2003-cü ildən bu yana peşmərgə güclərinin nəzarəti altında idi.
Daha əvvəl isə İraq gücləri Kərkük, həmçinin buradakı “Bay Hasan” neft yatağı üzərində nəzarəti ələ keçirib. Məlumata görə, kürd muxtariyyətinin gündəlik 600 min barel neft hasilatının 280 mini bu yataqdan çıxarılırdı.
Bu, muxtariyyətin lideri Məsud Bərzaniyə ölümcül zərbə hesab olunur.
Zümrüd

Загрузка...
Загрузка...