Peskov Rusiyanın Ərdoğana yardımından danışdı

 
Mən, mətbuatın yazdığı kimi, Rusiyanın Türkiyəni hərbi çevriliş barədə xəbərdar etməsi haqqında məlumata malik deyiləm və mətbuatın hansı mənbələrə istinad etdiyini bilmirəm.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
 
Qeyd edək ki, bundan öncə “Fars” agentliyi Putinin Ərdoğana ölkədə hərbi çevriliş olacağı barədə qiyamdan 5 saat qabaq informasiya verməsi haqda xəbər yayıb. İran mətbuatı həmçinin Ərdoğanın həyatının xilas edilməsi işində də rusların yardım etdiyini bildirib.