Peres ilk dəfə Ərdoğanla qalmaqaldan danışdı

İsrailin 9-cu prezidenti Şimon Peres 2009-cu ildə Davosda yaşanan məşhur qalmaqala ilk dəfə münasibət bildirib.
 Axar.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanla gərginlik yaşandığını etiraf edən 92 yaşlı siyasətçi bunun artıq keşmişdə qaldığını deyib:
 “Ərdoğandan incikliyim yoxdur. Mən irəliyə baxan insanam. Qəlbimdə yaxşı duyğular var. Gələcəyi dəyişdirmək üçün keçmişi unutmanız əsas şərtdir. Xəyal qura bilməlisiniz. Olan oldu, keçən keçdi”.
 Xatırladaq ki, 2009-cu ildə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Formunda o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan Şimon Peresi tənqid edərək Qəzzada günahsız insanları öldürməkdə ittiham etmişdi.