Pentaqonun növbəti rəhbəri kim olacaq? - Tramp açıqladı

 
 
ABŞ-ın yeni prezidenti Donald Tramp Pentaqon rəhbəri postuna Dəniz Piyadaları Korpusunun generalı Ceyms Mettisi layiq bildiyini açıqlayıb.
 
Teleqraf.com-un məlumatına görə, D. Tramp bu barədə “Twitter”də yazıb.
 
D. Tramp C. Mettislə dünən görüşdüyünü və görüşün onda müsbət ovqat yaratdığını qeyd edib.