Pentaqonun mətbuat katibi: "İŞİD lideri Əbu Vahib məhv edilib"

Koalisiya üzvlərinin İraqda keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib. "Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk keçirdiyi brifinqdə məlumat verib.
"Koalisiya İŞİD-in Ənbar əyalətindəki hərbi liderlərindən biri Əbu Vahibi məhv etmək üçün onun olduğu əraziyə avia zərbə endirib. Əbu Vahib "Əl Qaidə" terror təşkilatının keçmiş üzvüdür. O, İŞİD-in cəza videogörüntülərində də yer alıb" - deyə Pentaqon rəsmisi bildirib.
O, əlavə edib ki, aviazərbə uğurlu nəticələnib və Əbu Vahib öldürülüb. Onunla birlikdə daha 3 silahlı məhv edilib