​Pentaqon Rusiyaya qarşı tədbirlərə 4,6 mlrd.dollar xərcləyəcək- Rəsmi

 
 
ABŞ Konqresinin Senatı Pentaqonun 2018-ci il üçün büdcə layihəsini 692 mlrd. dollar həcmində qəbul edib.
 
Moderator.az -ın rus versiyasının verdiyi xəbərə görə, hazırda sənəd prezident D.Trampın təsdiq etməsi üçün göndərilib.  Məlumatda deyilir ki, Pentaqon Rusiyanın Avropada qarşısının alınması üçün 4,6 milyard dollar xərcləyəcək. Şimali Koreya təcavüzünə qarşı isə nisbətən az- 4.4 mlrd. dollar xərcləmək nəzərdə tutulub. Həmin pulla Amerika hərbçiləri eyni zamanda ölkənin qərb sahillərində əlavə raket əleyhinə qurğular yerləşdirəcəklər.
 
Pentaqon büdcəsində  Ukraynaya da 350 mln. dollarlıq maliyyə dəstəyi planlaşdırılıb. Həmin pullar yalnız ölkənin müdafiə texnikası və silahlarına deyil, həm də Ukrayna hərbçilərinin təliminə xərclənəcək.
 
Sultan Laçın

Загрузка...
Загрузка...