Pentaqon rəhbəri son dəfə dünya səyahətinə çıxır

ABŞ müdafiə naziri Eşton Karter dekabrın 3-də bir sıra Avropa və Asiya ölkələrinə səfər edəcək.
 
Axar.az xəbər verir ki, bu, Karterin Pentaqon rəhbəri kimi son səfəri olacaq. O, Yaponiya, Hindistan, Bəhreyn, İsrail, İtaliya və Böyük Britaniyaya səfər etməyi planlaşdırır.
 
Nazirin səfərləri 14 dekabra qədər davam edəcək.
 
Xatırladaq ki, yeni seçilmiş prezident Donald Tramp general Ceyms Mettisi ABŞ-ın müdafiə naziri təyin edəcəyini açıqlayıb.

Загрузка...
Загрузка...