Pentaqon: “Əl Bağdadi İraqla Suriya arasında yerdəyişmə edir”

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl Bağdadi sağdır.
 Turaninfo.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu ABŞ komandanlığının Yaxın Şərqdəki nümayəndəsi Stiven Uorren bəyan edib.
“Güman edirik ki, Əl Bağdadi sağdır və İraqla Suriya arasında yerdəyişmə edir. Biz daim onun axtarışındayıq və digər terrorçular kimi onu da məhv etmək niyyətindəyik. O, layiq olduğu cəzanı alacaq. Bu ya raket, ya da dəmir barmaqlıqlar olacaq”, - deyə S.Uorren bildirib.