Pentaqon kəşfiyyat məlumatlarını məktəblilər üçün nəzərdə tutulan internet mənbəsindən alırmış – ABŞ Konqresində qalmaqal

 
 
ABŞ Müdafiə Nazirliyinin İngiltərədə qurmaq istədiyi kəşfiyyat orqanı ilə bağlı raportda “internet ensiklopediyası” kimi tanınan “Wikipedia” məlumatlarından istifadə etməsi qalmaqal yaradıb.
Avropa.info xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsindən keçirilən dinləmədə “Wikipedia skandalı” yaşanıb. Dinləmədə Beynəlxalq Kəşfiyyat direktoru Ceyms Klepper, Müdafiə Nazirliyinin kəşfiyyatdan məsul katibi Marsel Letre və müdafiə naziri müavini Robert Vork iştirak edib. Dinləmə zamanını Kaliforniyadan olan deputat Devin Nunes Pentaqon nümayəndələrinə 21 martda təqdim olunan sənədlərdə “Wikipedia”dan istifadə edib-etmədiklərini soruşdu.
Komitə üzvlərinə mövzunu açıqlamaqda çətinlik çəkən dövlət nümayəndələri “Wikipedia”dan hansı səviyyədə istifadə etdiklərini deyə bilməyəcəklərini bildiriblər. Nunes sübut kimi “Wikipedia”dan istifadə olunmuş iki məqalə təqdim edib.
Nunes “Konqresin komitə üzvlərinə təqdim etdiyiniz sənədin vacib hissəsinin “Wikipedia”dan götürüldüyünün fərqindəsinizmi deyə soruşub?”
Sənədlə bağlı təəccübünü gizlədə bilməyən Vork məsələni ciddi şəkildə araşdıracağını bildirib.
Nunes əsasən məktəb şagirdlərinin istifadə etdiyi “Wikipedia”dan alınan məlumatların Konqres qarşısına çıxarılmasının səhv olduğunun deyib.
Xatırladaq ki, Pentaqon İngiltərənin “Croughton” aviabazasında yaratmaq istədiyi kəşfiyyat məlumatları analizi mərkəzi üçün Konqresə raport təqdim etmişdi.